Ankara, Bakı və Daşkənd qarşılıqlı etimad və hörmət prinsipinə əsaslanan sıx strateji tərəfdaşlıq və əməkdaşlığın inkişafı istiqamətində növbəti addımların atılmasında qətiyyətlidir. SİA xəbər verir ki, bu barədə yanvarın 29-da Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair qəbul edilmiş Ankara Bəyannaməsinin mətnində qeyd olunur.
Nazirlər Türkiyə, Azərbaycan və Özbəkistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını, beynəlxalq hüquq norma və prinsiplərinin və BMT Nizamnaməsinin sarsılmazlığını dəstəkləməyə hazır olduqlarını xüsusi vurğulayıblar.
Üç ölkənin nümayəndələri ticarət, investisiya, sənaye, energetika, nəqliyyat, logistika, rəqəmsallaşma və rabitə sahələrində birgə layihələrin təşviqinə və icrasına hazır olduqlarını bəyan ediblər.
Bəyannamədə Türkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialının artmasında mühüm rol oynayan Orta Dəhliz mövzusuna xüsusi diqqət ayrılıb.
Türkiyə, Azərbaycan və Özbəkistanın “böyük tranzit potensialının” üzə çıxarılması baxımından əhəmiyyətli olan “TRACECA” (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramı çərçivəsində tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Ankara Bəyannaməsində üç ölkənin regional və beynəlxalq müstəvidə əməkdaşlığının ümumi maraq və prioritetlərə uyğun şəkildə daha da möhkəmləndirilməsinin əhəmiyyəti, həmçinin Ankara, Bakı və Daşkəndin suverenliyinə və ərazi bütövlüyünə zərər vurmaq cəhdlərinin qarşısının alınması istiqamətində bu üç ölkənin birgə addım atmaq əzmini dəstəkləmək qeyd olunub.
Orta Dəhlizin potensialının və rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Bununla bağlı Bakı-Tbilisi-Ceyhan dəmir yolları və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin daha da inkişaf etdirilməsinə tam dəstək bəyan edilib.
Nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi, regional əlaqələrin və nəqliyyat sistemlərinin dayanıqlığının gücləndirilməsinə yönəlmiş Fəaliyyət Planının qəbul edilməsindən məmnunluq ifadə olunub.
Ankara Bəyannaməsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası mövzusuna ayrıca diqqət ayrılıb.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərinə insanların təhlükəsiz və layiqli qayıdışını təmin edəcək səylərin əhəmiyyəti qeyd olunub. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən investisiya layihələrinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrindən məmnunluq ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Mançester Siti" ŞOKDA - 114 İTTİHAM!
İdman 22:31Renault mükəmməl retro idman avtomobili yaratdı…
Texnologiya 21:28ABŞ Kubada hərbi əməliyyata hazırlaşır
Dünya 21:05Tektonik dəyişikliklərin astanasında - RAKURS
Siyasət 20:59Ruslar hər atəşin qiymətini görməlidirlər...
Dünya 20:27İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatıb
İqtisadiyyat 20:06“Burada əslində nə baş verdiyini bilmirdim...”
Dünya 20:05Sanksiyalar Rusiya üçün hələ ki, vacib gəlir mənbəyini kəsməyib...
İqtisadiyyat 19:26Ceyhun Bayramov Şimali Kiprli həmkarı ilə görüşüb
Siyasət 19:20Ölümdən sonra insanı nə gözləyir?
Sosial 19:06Regional enerji bağlantıları və yaşıl keçid müzakirə olunub
İqtisadiyyat 18:55Kapital bazarlarının iqtisadi şaxələndirmədə rolu müzakirə olunub
İqtisadiyyat 18:51Azərbaycanın regional əməkdaşlıqda rolu müzakirə edilib
Siyasət 18:18Lukaşenko Belarus qoşunlarını Rusiyaya göndərdi
Dünya 18:12Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Sosial 17:51“Carlsberg Group” ilə içki sənayesinin inkişafı müzakirə edilib
İqtisadiyyat 17:50“Atəşgah” Sığortanın sədri İSB Himayəçilər Şurasına üzv seçilib
İqtisadiyyat 17:47FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olunub
Sosial 17:19Sənaye platformaları və azad iqtisadi zonaların rolu müzakirə olunub
İqtisadiyyat 16:27Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib
Siyasət 16:12İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 16:04Kolumbiya İranla diplomatik əlaqələrini kəsib
Dünya 15:59İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb
Siyasət 13:14Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu "Azər-Türk Bank"dan pay alır
İqtisadiyyat 12:44“İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu öz işinə başlayıb”
İqtisadiyyat 12:40“Dünyada qarşılıqlı asılılıq daha da artır” -N.ROUBİNİ
Siyasət 12:24Prezidentin Mətbuat Xidmətinin məlumatı
Siyasət 12:04Bu tarix əbədi yaşayacaq - MƏQALƏ
Sosial 11:40Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%



