Son saata olan seçici fəallığı açıqlanıb

Son saata olan seçici fəallığı açıqlanıb

Bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində son saata olan seçici fəallığı açıqlanıb.

SİA xəbər verir ki , Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 19:00-a qədər respublika üzrə 1 milyon 874 min 810 nəfərin səs verdiyini deyib.

Onun sözlərinə görə, seçici fəallığı 31,45 faiz olub.

Xatırladaq ki, bugünkü seçkidə səsvermə hüququna malik 5 milyon 961 min 987 seçici qeydə alınıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə