Bələdiyyə seçkiləri saat 19:00 etibarı ilə başa çatıb. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsinin sədri Könül Təhməzova SİA-ya açıqlamasında ilkin nəticələrdən bəhs edib.
Məntəqə sədri seçicilərin böyük əksəriyyətinin seçki prosesində iştirak etdiyini vurğulayıb:’’Seçidə yüksək səviyyədə iştirak qeydə alınıb. Müşahidəçilərin tam nəzarəti ilə seçki prossesi baş tutub, heç bir seçki qaydalarının pozulması olmayıb. 11 seçici daşınan seçki qutusu vasitəsilə səs verib’’.
Ayaz Zeynalzadə
Bütün xəbərlər Facebook səhifəmizdə