Ceyhun Bayramov həmkarlarını son yeniliklər barədə məlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Özbəkistandan olan həmkarlarını işğaldan azad edilmiş ərazilərdəki son yeniliklər barədə məlumatlandırıb. SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası daha geniş coğrafiyada əməkdaşlığa imkanlar yaradır: “Qarabağ regionu vasitəsilə Şərq-Qərb, Orta dəhlizin yeni arteriyasının salınması hazırda həyata keçirilir və bunun böyük perspektivini görürük”.

Bütün xəbərlər Facebook səhifəmizdə