Mənzil İnşaatı Dövlət Agentliyinin sədri səs verib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadiq Sadıqov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib. SİA xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Seçki ilə əlaqədar bu gün ölkədə qeyri-iş günüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə