“Hazırda seçki ilə bağlı heç bir narazılıq yoxdur” - MƏNTƏQƏ SƏDRİ

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində seçki prosesi davam edir. SİA-nın əməkdaşı məntəqə sədri Könül Təhmazovanın seçki prosesi barədə fikirlərini öyrənib.

Məntəqə sədrinin sözlərinə görə, hazırda səsvermədə aktivlik müşahidə edilir: “Vətəndaşlar aktiv şəkildə seçkidə iştirak edirlər. Hazırda seçki ilə bağlı heç bir narazılıq yoxdur. Aktivliyin artacağı gözlənilir’’.

Ayaz Zeynalzadə

Bütün xəbərlər Facebook səhifəmizdə