Ombudsman seçkiləri müşahidə edir

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb. SİA xəbər verir ki, məntəqə səhər saat 08:00-dan etibarən seçicilər üçün açılıb.

Ombudsman Səbinə Əliyeva səsvermə prosesində müşahidəçi qismində iştirak edir.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Bütün xəbərlər Facebook səhifəmizdə