"Ölkəmiz belə tədbirlərdən kifayət qədər faydalanmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Davos İqtisadi Forumu çox əhəmiyyətli beynəlxalq platformadır". Bu sözləri SİA-ya açıqlamasında Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni deyib.
Rauf Zeyni sözlərinə belə davam edib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bu forumda iştirak etməsi ilə forumun tribunasından dünya ictimaiyyətinin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və müvafiq dövlət başçıları ilə görüşlərin keçiriməsi ölkəmizin gələcək strateji inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir.
Beynəlq platformalarda, o cümlədən Davos İqtisadi Forumunda iştirak etmək ölkəmizin bugünkü durumu, regionda olan vəziyyət və dünyada gedən proseslərə cənab Prezidentin münasibət bildirməsi çox vacib məsələdir. Təbii, ki Davos forumunda bu cür görüşlərin keçirilməsi ölkəmizin gələcək inkişafına böyük təkan verir. Bu görüşlər münasibətlərin inkişafı və ölkə Prezidentinin 20 ildən artıq apardığı milli, bəşəri və mütərəqqi siyasət yeni bir imkan yaradır. Qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün bu cür beynəlxalq tədbirlərin rolu böyükdür. İnanıram ki, bir çox məsələlər bu cür tədbirlərdə həyata keçirilən fəaliyyətin nəticəsində həll olunur. Ölkəmiz belə tədbirlərdən kifayət qədər faydalanmalıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə