Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib.
Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə