Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə olunacaq

Milli Məclisdə Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə olunacaq. SİA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2025-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Plana əsasən, hesabatın parlamentin yaz sessiyası dövründə müzakirəsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə