Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır
Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır. SİA xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarında dəyişiklik edilir.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə olunan layihəyə əsasən, işçi qrupunun rəhbəri deputat Səbinə Salmanova təyin edilir.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə