Bütün seçki məntəqələrinin zəruri əşyalarla təminatı başa çatdırılıb. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
O qeyd edib ki, seçki məntəqələrinin qızdırılması və işıqlandırılması vacib məsələlərdən biridir:
"Səsvermə kabinələrinin normal işıqlandırılması seçicilər üçün vacibdir. Hansısa məntəqədə bununla əlaqədar ciddi qayda pozuntusu qeydə alınsa, onların üzvləri cəzalandırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə