Bakı Təşəbbüs Qrupu (BTQ) və Reyunyon adasının "Ka Ubuntu" təşkilatı arasında memorandum imzalanıb. SİA xəbər verir ki, sənədi Bakıda "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda keçirilən beynəlxalq konfransda BTQ-nin icraçı direktoru Abbas Abbasov və "Ka Ubuntu" təşkilatının sədri Romain Katambara imzalayıblar.
Bildirilib ki, memorandum praktiki əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, Reyunyon adası BTQ-nin əməkdaşlıq etdiyi 11-ci region ölkəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə