Milli Məclisdə səhiyyə sahəsi ilə bağlı iki dinləmə keçiriləcək - YENİLƏNİB

Milli Məclisin yaz sessiyası müddətində səhiyyə sahəsinə dair iki dinləmənin keçirilməsi nəzərdə tutulub. SİA xəbər verir ki, bu, parlamentin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsində əksini tapıb.

Komitənin bugünkü iclasında məlumat verilib ki, sessiya dövründə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” və “Dərman vasitələri haqqında” qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə