Xanım nazir Azərbaycana ilk səfərini EDƏCƏK

Xanım nazir Azərbaycana ilk səfərini EDƏCƏK

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək. SİA xəbər verir ki, Boçorişvili Bakıya 2 günlük səfəri çərçivəsində XİN rəhbəri Ceyhun Bayramovla həm təkbətək, həm də geniş tərkibdə görüş keçirəcək.

Gürcü nazir iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 10-cu iclasında iştirak edəcək.

Qeyd edək ki, M.Boçorişvili 2024-cü ilin noyabrından Gürcüstanın XİN rəhbəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə