Bu hüquqşünasların prokurorluq orqanlarına qəbula müraciətləri azalıb - KAMRAN ƏLİYEV

Ötən illərlə müqayisədə xarici ölkələrdə təhsil alan hüquqşünaslar prokurorluq orqanlarına qəbulla bağlı az sənəd veriblər. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların Baş Prokurorluqda andiçmə mərasimi zamanı deyib.

O bildirib ki, 2002-2024-cü illərdə qəbul olunan şəxslərdən 969-u ölkədə, 29 nəfəri isə xaricdə təhsil alan əməkdaşlardır.

K.Əliyev, həmçinin bu il qəbul olunan hüquqşünasların xarici dil biliklərinin az olmasından şikayətlənib:

"İşə qəbul olunanlardan 8-nin xarici dil biliyi var. Bunlardan 5-i rus, 3-ü ingilis dilini bilir. Prokurorluq orqanlarına qəbul olunan şəxslər dil biliklərini inkişaf etdirməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə