Azad edilən ərazilərdə Azərbaycanın yalnız öz gücü, maliyyə vəsaitləri hesabına işlər görülüb - BAŞ PROKUROR
Ötən müddət ərzində işğaldan azad edilən ərazilərdə Azərbaycanın yalnız öz gücü, maliyyə vəsaitləri hesabına işlər görülüb. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların Baş Prokurorluğda andiçmə mərasimi zamanı deyib.
Onun sözlərinə görə, heç bir dövlətdən, beynəlxalq təşkilatdan yardım almadan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bərpa edilməsi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir.
K.Əliyev qeyd edib ki, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük haqq savaşında qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə