“Prezidentin müsahibəsindəki bütün məqamlar əhəmiyyətlidir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanımızın gələcəyi ilə bağlı böyük bir yolun xəritəsi idi”. Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev müsahibəsində keçən il Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, icmal büdcənin 48 milyardi ötdüyünü bildirib: “Qeyd etmək lazımdır ki, Azərbaycan tarixində bundan böyük büdcə göstəricisi olmayıb.

Cənab prezident yerli telekanllara ənənəvi müsahibəsində bir çox maraqlı məqamlara toxundu. Bu həm də Azərbaycanın keçmişini, bu gününü və gələcəyini özündə əks etdirən vacib tezislər kimi qeyd edilməlidir. 2020-ci ildəki qələbəmiz və antiterror əməliyyatı ilə ölkəmiz suverenliyini tam bərpa etməklə dünyada unikal dövlət olmağımızım və inkişaf etməyimizi faktlar və rəqəmlərlə əsaslandırdı. Həmin fikirlərdən biri də ölkə iqtisadiyyatının inkişaf tempi ilə bağlı oldu ki, cənab prezident icmal büdcənin 48 milyardı ötdüyünü göstərməklə dünyada unikal hal olduğunu dilə gətirdi. Hazırkı büdcəmiz ölkə tarixində ən böyük büdcə hesab olunur. Bu həm də zəfər, uğur büdcəsidir. Büdcədə həm hərbi. həm sosial iqtisadiyyatın şaxələndirilməsi, ixrac-idxal spektorunda uğurlar qeyd edildi.Təbii olaraq ölkədə yerli sahibkarlığın inkişafı üçün dövlət dəstək alətlərinin qeyd edilməsi və təbii olaraq ölkə iqtisadiyyatının tempini özünsə əks etdirir. Cənab Prezident qeyd etdi ki, dövlətin büdcəsi onun inkişafını özündə əks etdirir və 2025-ci ilin icmal büdcəsi bu il də Azərbaycanın inkişafını özündə əks etdirir. Qazanılmış uğurlar 2025-ci ildə də davam edəcək. Büdcənin neftdən asılılıq tempi də azalmaqdadır. Bu da iqtisadiyyatın qeyri-neft sektorundakı inkişafının göstəricidir. Əsasən də ölkəmizdə siyasi mühitin stabilliyi,əmin-amanlığın bərqərar olması əsas rollardan birini oynayır. Cənab İlham Əliyev ölkəmizin inkişaf sahələrinə nəzər yetirərək bu sahədə iqtisadiyyatımızın inkişafı ilə baglı islahatları və planları konkret faktlarla qeyd etdi.

Eyni zamanda Prezident müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyini qeyd etdi və vurğuladı ki, Zəngəzur dəhlizi açılmalıdır. Artıq bu, Ermənistan tərəfinə də bir siqnaldır və düşünürük ki, Ermənistan bu məsələlər barəsində çox diqqətlə düşünməlidir.

Hesab edirəm ki, Ermənistanın indiki situasiyada sülh müqaviləsinin imzalanması yolundakı göstərdiyi qeyri-adekvat siyasətidir. Ermənistan hakimiyyəti bu məsələdə də çox qətiyyətli addımlar atmalıdır. Azərbaycan sülh istəyir, lakin Ermənistan sülh istəmirsə, o zaman o sülh bizə də lazım deyil. Biz müstəqilliyimizi bərpa etmişik. Bu gün biz qürurlu xalqıq, sürətlə inkişaf edirik. Cənab Prezident qətiyyətlə vurğuladı ki, Ermənistanın belə qeyri-adekvat münasibətlərinə bizim səbrimizin çox olmadığını onlar yaxşı bilir. Erməni cəmiyyəti bunu artıq çox ciddi siqnal kimi qəbul edir. Cənab Prezidentin bir fikri də hazırda hələ də erməni teleqram kanallarında sürətlə yayılmaqdadır və ermənilər bunun kimin tərəfindən edildiyinin fərqindədirlər. Cənab Prezident qeyd etdi ki, Ermənistanda faşizmin kökü kəsilməli, məhv edilməlidir və bunu Ermənistan özü etməlidir. Ermənistan bunu etməsə, biz edəcəyik. Yəni bu da bugünkü Ermənistan siyasi hakimiyyətinə bir sinqaldır. Radikal, faşist ideologiya daşıyıcıları mütləq məhv edilməlidir. XXI əsrdə bu ideologiyanı daşıyanlara yer olmamalıdır. Bu məsələdə də Prezidentimiz Ermənistana mühüm mesajlar çatdırdı”.

Prezidentin müsahibəsindəki bütün məqamlar Azərbayacanın dünəni, bu günü və gələcəyi üçün olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, buna sıradan müsahibə kimi yanaşmaq böyük səhv olardı. Müsahibə Azərbaycanımıza qarşı olan bir sıra dünya dövlətlərinə, dünya liderlərinə diplomatik ultimatum idi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə