Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

Yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul etdiyi görüşdə bildirilib.

Görüş zamanı iki ölkə arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olunub.

İclas çərçivəsində dövlət başçılarının qeyd etdiyi konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə