Bakı Təşəbbüs Qrupunun (BTQ) veb-səhifələri və sosial media hesabları Fransanın kiberhücumuna məruz qalır. Bütün bu hücumlar bir mərkəzdən idarə olunur və arxasında hansı ölkənin dayandığı bəllidir. SİA xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev BTQ-yə qarşı əsassız iddialara cavab məqsədilə keçirilən mətbuat konfransı zamanı söyləyib.
O bildirib ki, kiberhücumlarla bağlı araşdırma aparılıb və müvafiq dövlət qurumlarına göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə