MM Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edəcək
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edəcək. SİA xəbər verir ki, parlamentin payız sessiyası üzrə bu gün keçirilən son plenar iclasının gündəliyinə Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında məsələ daxil edilib.
Qeyd edək ki, parlamentin bugünkü iclasında 10 məsələnin müzakirə edilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə