Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində dəyişiklik

Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində dəyişiklik edilir. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Sevinc Fətəliyeva, Akif İmanlı və Mahirə Abbasova Komissiyanın tərkibindən çıxarılıb. Onların əvəzinə isə Elnarə Akimova, Hüseynova Mahirə, Anar İsgəndərov, Elçin İsmayılov Komissiyanın tərkibinə daxil edilib.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə