Milli Məclisdə "Beynəlxalq müqavilələr haqqında" yeni qanun layihəsi hazırlanıb. SİA-nın əldə etdiyi məlumata görə, layihəni işçi qaydada parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi hazırlayib.
Yeni qanun layihəsi qanunverici orqanın payız sessiyası üçün işlər planına salınsa da, sənədin gələn ilin yaz sessiyası müddətində Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
Xatırladaq ki, VII çağırış Milli Məclisin 2024-cü il payız sessiyası dekabrın 29-da yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə