“The europa today” nəşri Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən məqalə yayıb

Qərbi Azərbaycan həqiqətlərindən və azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına geri qayıdış hüququndan bəhs edən “Geri qayıdış hüququ: Bizim ədalət və barışıq çağırışımız” adlı məqalə Londonda yayımlanan “The europa today” nəşrində və 8 dildə fəaliyyət göstərən “Gulf observer” media resursunda dərc olunub. SİA xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri-sözçüsü Ülviyyə Zülfiqarın müəllifi olduğu məqalədə ötən əsr ərzində baş vermiş sonuncu - 1987-1991-ci illər deportasiyasında 300 min azərbaycanlının öz evlərindən zorla çıxarıldığı bildirilir.

Qeyd olunur ki, Qərbi azərbaycanlıların bir araya gəldiyi İcma özünün Qayıdış Konsepsiyasını qəbul edib və bu gün onlar öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq uğrunda hüquqi mübarizəni davam etdirirlər.

Məqalədə İcmanın qarşı tərəfə dialoq çağırışı etməsinə, soydaşlarımızın hüquqlarının bərpasının regionda daha dayanıqlı və uzunmüddətli barışığa nail olunmasında roluna toxunulub.

Bütün xəbərlər Facebook səhifəmizdə