Almaniya səfiri təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. SİA xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı kədərlənir, həlak olanlara və onların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu dəhşətli qəzada yaralananların hamısına şəfa diləyirik", - diplomat qeyd edib.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.

Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə