Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putinə başsağlığı verib. Bu barədə SİA Özbəkistan liderinin mətbuat xidmətinə istinadən məlumat verib.
"Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib", - məlumatda qeyd olunub.
Ş.Mirziyoyev yaralılara tezliklə sağalmalarını arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə