Lukaşenko Azərbaycan Prezidentinə başsağlığı verib

Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəvi ölümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. SİA xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

"Belaruslular qardaş Azərbaycan xalqının yaşadığı bu faciənin ağır yükünü və yeri doldurulmayan itkilərin kədərini bölüşür", - agentlik bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə