Qazaxıstan və Azərbaycan Ombudsman təsisatları ortaq işçi qrup yaradıb

Qazaxıstanın Aktau şəhərində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Qazaxıstan Ombudsmanı təsisatlarının əməkdaşlarından ibarət işçi qrupu yaradılıb. SİA xəbər verir ki, bununla bağlı ombudsman Səbinə Əliyeva qazaxıstanlı həmkarı Artur Lastayev ilə əlaqə saxlayıb.

Səbinə Əliyeva Artur Lastayevdən “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı lazımi zəruri tədbirlərin görülməsi üçün məsələnin diqqətdə saxlanılmasını xahiş edib.

Qeyd edilib ki, yaradılan işçi qrup birbaşa fasiləsiz təmasın təmin edilməsi, zəruri məlumatların bölüşülməsi ilə məşğul olur.

Bildirilib ki, hadisə ilə bağlı məsələlər diqqətdə saxlanılır, ictimaiyyətə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə