İlham Əliyevi tarixi ədalətin bərpa olunmasına xidmətlər göstərən əsl vətənpərvər kimi tanıyırıq - Şavkat Mirziyoyev
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına xidmətlər göstərən əsl vətənpərvər kimi tanıdığını deyib.
SİA-nın məlumatına görə, bu barədə Özbəkistan Prezidentinin İlham Əliyevə doğum günü münasibətilə göndərdiyi təbrikdə deyilir:
“Sizi Azərbaycan Respublikasının hərtərəfli inkişafına, ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də beynəlxalq arenada dövlətinizin nüfuzunun möhkəmləndirilməsinə həsr olunmuş misilsiz xidmətlər göstərən görkəmli dövlət və siyasət xadimi, xalqınızın əsl vətənpərvər və fədakar övladı kimi tanıyır, Sizə yüksək hörmət bəsləyirik.
Ölkənizin bütün prioritet sahələrdə əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın əsas maraqlarına cavab verən, onun böyük məqsəd və hədəflərini tam əks etdirən uzaqgörən və səmərəli siyasətinizin parlaq nəticəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə