Bu dövlətlərin heç də hamısı tələblərə əməl etmir - Aydın Səfixanlı

Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ombudsman təsisatı arasında səmərəli əməkdaşlıq həyata keçirilir. Bugünkü tədbirimiz Cenevrə Konvensiyalarının 75-ci ildönümünə həsr olunub. Azərbaycan da Konvensiyasının üzvüdür. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüququn tətbiqi üzrə fəaliyyətlər: müsbət təcrübələr və problemlər” mövzusunda keçirilən seminarda Ombudsman Aparatının rəhbəri Aydin Səfixanlı söyləyib.

O bildirib ki, Cenevrə Konvensiyasına üzv olan dövlətlərin heç də hamısı onun tələblərinə əməl etmir.

A.Səfixanlının sözlərinə görə, ölkəmizin üzləşdiyi mina probleminin həll edilməsi, itkin düşmüş şəxslərin taleyi, onların ailələrinə qaytarılması da beynəlxalq humanitar hüququn prinsiplərindəndir.

“Azərbaycan uzun illər işğala, etnik təmizləməyə, ədalətsiz müharibəyə məruz qalsa da, beynəlxalq humanitar hüquqa əməl edib. Apardığı savaşı da beynəlxalq hüquq çərçivəsində yüksək səviyyədə həyata keçirib”, - deyə Ombudsman Aparatının rəhbəri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə