Azərbaycan Misirin paytaxtı Qahirədə keçirilən İnkişaf edən Səkkiz Ölkə (D-8) Təşkilatının 11-ci Sammitində yekdilliklə üzv qəbul edilib.
SİA-nın məlumatına görə, bu, D-8-in quruluşundan bəri baş verən ilk yeni üzv qəbuludur və Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzu eləcə də etimadının göstəricisi kimi dəyərləndirilir.
D-8 dünya müsəlmanlarının böyük bir hissəsini təmsil edən və təsirli iqtisadi əlaqələr qurmağı hədəfləyən bir təşkilatdır.
Azərbaycan Xarici İşlər Nazirliyi bu üzvlüyün İslam həmrəyliyini gücləndirəcəyini, ortaq dəyərlərinin tanıdılmasına töhfə verəcəyini və İslam qarşıtlığı ilə mübarizədə mühüm rol oynayacağını açıqlayıb.
D-8-in əsas məqsədləri arasında üzv ölkələrin ticarət əlaqələrini inkişaf etdirmək və tərəqqi yönündə mövqelərini yaxşılaşdırmaq yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə