"Ümumilikdə 6 min 872 nəfərin namizədliyi irəli sürülüb" - Rövzət Qasımov

"Yanvar ayının 29-da Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası intensiv şəkildə hazırlıq proseslərini davam etdirir". SİA xəbər verir ki, bu sözləri Bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminarda Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, seçkilərə start verildiyi gündən Komissiyanın təsdiq etdiyi təqvim planına və fəaliyyət qrafikinə uyğun olaraq bütün addımlar atılmaqdadır: "Maarifləndirmə hər zaman bizim prioritet istiqamətlərdən olmuşdur.

30 il ictimai həyatla bağlı o qədər də uzun müddət deyil. Bələdiyyə seçkilərində namizədlərin sayı bu saatlara olan məlumata əsasən 6 min 872 nəfərdir. Onlardan təxminən 3800-ə qədəri artıq imza vərəqələrini götürüblər. 1000-dən artıq şəxs imza vərəqələrini dairə seçki komissiyalarına qaytarıb.

Müraciət edən iddiaçılardan təxminən 3500-ə yaxını, 50%-dən yuxarı 21-35 yaş arasında olan seçki hüququna malik vətəndaşlardır. Bu da o deməkdir ki, gənclərin seçkilərə marağı kifayət qədər yüksəkdir. Bu, sevindirici haldır. Ümid edirik ki, seçki prosesi boyunca bu tendensiyanın şahidi olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə