Hərbi xidmətə çağırışçılarla bağlı məlumatların təqdim edilməməsinə görə yeni cərimə müəyyən edilir. SİA xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə - vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 900 manatdan 1100 manatadək məbləğdə cərimə edilir.
Hazırda bu əmələ görə vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 350 manatdan 550 manatadək məbləğdə cərimə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə