Dekabrın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə MDB-nin Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün işgüzar səfərlə Moskva şəhərinə gəlib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə