Yalçın Rəfiyev Manama Dialoqu Forumunda iştirak edib

Dekabrın 6-da Bəhreyndə “20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu” öz işinə başlayıb. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir.

SİA xəbər verir ki, Forumda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir.

Y.Rəfiyev Forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusunda paneldə məruzəçi qismində çıxış edib.

Forum çərçivəsində eyni zamanda, Y.Rəfiyevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Forum dekabrın 8-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə