Bu dəfə də yeddi seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcəklər. SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, həmin seçki dairələrinin seciciləri tamamilə məcburi köçkünlərdən ibarətdir.
"Onlar öz doğma torpaqlarında tamamilə məskunlaşdıqdan sonra orada bələdiyyə seçkiləri keçiriləcək. Bu böyük hadisə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə