"Azərbaycan bu gün tarixin ən tarixi günlərini yaşayır". SİA xəbər verir ki, bu sözləri deputat Sevinc Fətəliyeva deyib.
O bildirib ki, Azərbaycan Respublikası öz torpaqlarını bərpa etməklə bir çox ölkələr üçün nümunə olan fəaliyyətlərdə olmuşdur: "Dövlər başçısının uğurlu işləri əhalinin rifahına xidmət edir. Bütün istiqamətlərdə uğurla icra edilən "Böyük Qayıdış" proqramı üçün maliyyə priotetinin yaradılması nəzərdə tutulmuşdur.
Millət vəkili seçildiyim ərazi üzrə bir neçə məsələni bildirmək istəyirəm. Hövsan qəsəbəsində xəstəxana tikilməsinə ehtiyac var. Eləcə də, Hövsan qəsəbəsində yeni məktəb binasının tikilməsinə də ehtiyac duyulur. Burada məktəblərdə şagird sıxlığı müşahidə olunur. Suraxanı ərazisində yeni kanalizasiya qurğularının salınmasına ehtiyac var. Bəzi yerlərin isə asfaltlanmağa ehtiyac var. Büdcə layihəsini dəstəkləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə