“1945-ci il fevral ayında çağrılmış Malta konfransı ilə yeni dünya nizamı qurulur. Faşist Almaniyası məğlubiyyətə uğradıldıqdan sonra dünyanın yenidən təsir dairələrində bölüşdürülməsi, Avropanın sərhədlərinin müəyyənləşdirilməsi kimi yeni nizam qurulur. Burada bir tərəfdə ABŞ, digər tərəfdə isə SSRİ olmaqla iki qütblü dünya formalaşır. İkinci dünya müharibəsi bitdikdən dərhal sonra iki qütb arasında rəqabət dövrü başlayır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
O bildirib ki, iki qütblü dünyanın formalaşması Malta konfransına qədər davam edir: Malta konfransı ilə Berlin divarı uçur, nəticədə isə SSRİ dağılır. Bundan sonra isə bir qütblü dünya formalaşır.
Təəssüflər olsun ki, ötən dövr ərzində tarixi müşahidə etdikdə dünyada bir super gücün olması xoşbəxtlik gətirmədi. ABŞ və bütövlükdə Qərbin kiçik dövlətlərə münasibətini gördükdə məqsədin bir qütb tərəfindən imperial siyasətin həyata keçirilməsi olduğunu görürük. Eyni zamanda ikili standartların tətbiq olunması onu deməyə əsas verir ki, təkqütblü siyasət daha çox problemə səbəb olur. ABŞ və digər Avropa dövlətləri tərəfindən Ukraynaya Rusiyanın ərazisindəki hədəfləri vurmaq icazəsi verildikdən və Rusiya da bunun qarşılığında nüvə silahı ilə təhdidlər etdikdən sonra başda Ukrayna xalqı olmaqla dünya təhdid altına düşmüş olur. Bu baxımdan prosesin yekunlaşması dünyanın marağındadır.
Son bir neçə ildə baş verən hadisələri təhlil edərək deyə bilərik ki, dünyada təkqütblü dünya nizamı işləmir. Yəni dünya nizamı yenidən dəyişməyə doğru gedir. Buna görə də müxtəlif cəhbələrdə maraqların toqquşması baş verir. Dünyanın ədalətli şəkildə idarə olunması üçün mütləq balanslı siyasət həyata keçirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə