Bu gün gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. SİA xəbər verir ki, bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
Belə ki, dörd il bundan əvvəl, bu gün, yəni noyabrın 20-i şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.
Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.
Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki Azərbaycan ordusu bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.
Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İsveç Polşaya "Patriot" sistemləri göndərəcək
Dünya 18:34Lipsits: Putinin iqtisadiyyatı çökəcək...
İqtisadiyyat 18:27Putin: Ağıl Rusiyanı anlaya bilməz...
Dünya 18:05"Ombudsman haqqında” Qanununda dəyişiklik təsdiq edildi
Siyasət 17:38Tikilidə baş verən yanğın söndürülüb
Hadisə 17:30Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
İqtisadiyyat 15:29ADY doqquz ayda 8,5 milyona yaxın sərnişin daşıyıb
Maraqlı 13:07Ailə büdcəsini ən çox sarsıdan gözlənilməz xərclər hansılardır? - AÇIQLANDI
İqtisadiyyat 12:15Azərbaycan musiqisi Cənubi Koreyada
Mədəniyyət 12:08İki ölkənin orduları Səudiyyə Ərəbistanında
Dünya 12:05Avropa Rusiya diplomatlarına təzyiqi artırır
Siyasət 12:01Fransada etirazlar geniş vüsət alır: liseylər bağlanır
Siyasət 11:58Moskva yaxınlığında böyük bir neft anbarı yanır
Dünya 11:57Antonio Quterreş Pakistanda səfərdədir
Dünya 11:52Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17Astarada "Niva" aşıb, sürücü hadisə yerində ölüb
Hadisə 05:04Bakıda binada yanğın olub - sakinlər təxliyə edilib
Hadisə 04:06Türkiyə əsgəri Ərəbistana gedir - QƏRAR
Siyasət 03:22Halal pulun qurbanı
Ədəbiyyat 03:05Sabiq idarə rəisi olan polkovnik həbs edildi
Hadisə 02:22Bakıda iki avtomobil toqquşub
Hadisə 02:03Tovuzda ata oğulu bıçaqlayıb
Hadisə 00:22Arda Gülərin ŞOK tranfser qiyməti - 100 milyon dollar!
İdman 5 Oktyabr 23:26"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Sosial 5 Oktyabr 23:03Sumqayıtda köməksiz qalan vətəndaş xilad edilib - FHN məlumat yaydı
Hadisə 5 Oktyabr 22:35"Çelsi" 55 milyon dollarlıq futbolçu üçün "Barselona"nın qapısını döyəcək...
İdman 5 Oktyabr 22:19Türkiyəli nümayəndələr İrəvanda erməni nazirlə görüşüblər
Siyasət 5 Oktyabr 22:03Krossoverin yeni versiyası təqdim olunur...
Texnologiya 5 Oktyabr 21:52Celine-nin yeni əl yazısı...
Dəb 5 Oktyabr 21:28Rusiyada müəllimlər nə qədər qazanırlar..?
Təhsil 5 Oktyabr 21:06Dəniz xiyarları Meksikada narkotik kartellərinin kölgə valyutasına çevrilib
Dünya 5 Oktyabr 20:51FT: Belarus 2021-ci ildən bəri ilk dəfə ABŞ-a kalium tədarük edəcək...
İqtisadiyyat 5 Oktyabr 20:28“Biz Birinci Dünya Müharibəsinin təcrübəsindən ilham aldıq”
Dünya 5 Oktyabr 20:07Rusiya iqtisadiyyatı çökür...
İqtisadiyyat 5 Oktyabr 19:51Reuters: Kreml oliqarxlara qarşı çıxdı...
Dünya 5 Oktyabr 19:27Beynəlxalq geosiyasi mənzərə..?
Dünya 5 Oktyabr 19:05İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
Siyasət 5 Oktyabr 18:58Dünya ölkələri üçün katolik keşişləri hazırlayan müsəlman ölkəsi...
Sosial 5 Oktyabr 18:52Hörmüz boğazından keçən neft tankerinə hücum edilib
Dünya 5 Oktyabr 18:45İçərisində 32 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb
Dünya 5 Oktyabr 18:34Bir çox rus əsgəri əsir götürülməsinə görə sevinir..?
Dünya 5 Oktyabr 18:28“Iraqi Airways” İrana birbaşa uçuşları bərpa edir
Dünya 5 Oktyabr 18:17“Bu, ciddi bir xəstəlikdir...”
Səhiyyə 5 Oktyabr 18:05İran-Ermənistan münasibətlərinin dərinləşdirilməsi müzakirə edilib
Dünya 5 Oktyabr 18:02Rubio bunu istisna etməyib
Dünya 5 Oktyabr 18:01İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
İdman 5 Oktyabr 17:59Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%

.jpg)
.jpg)
