Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşüb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova MillətlərBirliyinin Baş katibi Patrisiya Skotlend ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan və Birlik arasındaəməkdaşlıq məsələləri, paytaxtımızda keçirilən COP29 və ölkəmizin COP29-a sədrliyi çərçivəsində irəli sürdüyüqlobal təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova Patrisiya Skotlendləbundan öncəki görüşlərini məmnunluqla xatırlayaraq, Baş katibin bu vəzifədə ölkəmizə cari ilin may ayındareallaşan ilk səfərinin Azərbaycan və Birlik ölkələriarasında institusional əməkdaşlıq qurmağa imkanverdiyini söyləyib. Qeyd olunub ki, bu əməkdaşlığınpraktiki xüsusiyyətlərinə Birlik vasitəsilə inkişaf etməkdəolan kiçik ada dövlətlərinə siyasi və maliyyə dəstəyiningöstərilməsi daxildir.
Söhbət zamanı Azərbaycanın kiçik adadövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına 4 illiksədrliyi dövründə irəli sürdüyü təşəbbüslər haqqında da məlumat verilib.
Görüşdə vurğulanıb ki, əməkdaşlığın ən mühümistiqamətlərindən biri iqlim dəyişikliyi məsələsidir. Bildirilib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinə ənhəssas olan ölkələrdir və onlar iqlim dəyişikliklərinin ənpis təsirləri və hətta ekzistensial təhlükə ilə üzləşirlər.Xatırlanıb ki, COP29 çərçivəsində İqlim Dəyişikliyi üzrəİnkişaf etməkdə olan Kiçik Adalar Dövlətlərinin LiderlərZirvəsi keçirilib. Prezident İlham Əliyev sammitdə iştirakedib və əhatəli nitq söyləyərək, iqlim dəyişikliyinin kiçikadalardakı inkişaf etməkdə olan dövlətlərə təsir edənhazırkı çağırışlarını, həmçinin Azərbaycanın budövlətlərə verdiyi dəstək istiqamətində praktikiaddımlarını qeyd edib. Bu sammit bu dövlətlərinsəslərinin daha da ucaldılmasına və eşidilməsinə şəraityaradır.
Söhbət zamanı Sahibə Qafarova qonağa noyabrın16-17-də Milli Məclisin Parlamentlərarası İttifaq iləbirlikdə COP29 çərçivəsində təşkil edəcəyi ParlamentGörüşü haqqında da məlumat verib. Qeyd olunub ki, iclasda müxtəlif ölkələrin parlamentlərindən vəbeynəxlaq təşkilatlardan 330-dək nümayəndə iştirakedəcək.
Millətlər Birliyinin Baş katibi Patrisiya SkotlendCOP29 sədrliyini təhvil alması münasibətilə ölkəmizətəbriklərini çatdırıb, sədrlik dövründə fəaliyyətlərindəuğurlar arzu edib. O, Azərbaycanın kiçik adadövlətlərinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərbarədə də fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə