“Seçki proseslərinə müdaxilə ənənəsini formalaşdıran Qərb olub” - MÜNASİBƏT BİLDİRİLDİ

“Qərbin dünyada gedən siyasi proseslərə müdaxilələrindən biri də seçki prosesidir, son dövrlər Qərb ölkələrinin müxtəlif ölkələrdə, xüsusən post-sovet məkanında baş vermiş seçkilərə müdaxiləsinin şahidi oluruq. Seçki proseslərinə müdaxilə ənənəsini gətirən də Qərb olub. Ayrı-ayrı ölkələrdə seçki bitməmiş bəyanat verən, seçkinin nəticələrinə təsir etməyə, nəticələri dəyişməyə çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, xüsusən bu il dünyada bir çox ölkələrdə seçkilər keçirildi, Qərb dövlətləri və beynəlxalq təşkilatlar öz aləmində müəyyən etdiyi standartlara görə seçkilərə qiymət verir, seçkilərin gedişi və müqəddəratını müəyyən etməyə çalışırlar: “Seçkilər hər bir ölkənin həyatında mühüm siyasi hadisədir, lakin kənar müdaxilələr müəyyən dövrlərdə ölkələrdə siyasi vəziyyətin gərginləşməsinə səbəb olub. İndi biz görürük ki, artıq Qərb əvvəlki dönəmdəki kimi seçki vasitəsi ilə təsir etməyə çalışsa da, buna müəyyən qədər müvəffəq olur. Artıq ölkələr bu cür halları kənar müdaxilə hesab edir, belə hallarla razılaşmır, lakin müxalif qüvvələrin əli ilə belə hallar yenə də yaşanır. Keçən il və bu il qonşu ölkələrdə keçirilən seçkilərin nəticələrinə belə cəhdlərin nəticəsinin şahidi olduq. Hər seçkidən sonra bu ölkələrdə hansısa bənayatlar və hessabatlar dərc olunur. Bunlar isə seçkilər vasitəsi ilə ölkələrə klassik təzyiq metodu sayıla bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə