Qoca şərqdə siyasi dinamikaların həssas olduğu bir gündə Səudiyyə Ərəbistanının Fələstinə ilk səfiri təyin edilən Nayif əl-Sudairi heyəti ilə Qərb Sahilinə gedərək Fələstin rəhbərliyi ilə görüşərkən, İsrailin turizm naziri Haim Katz və heyəti BMT tərəfindən təşkil edilmiş tədbir üçün Səudiyyə Ərəbistanına səfər edib. Qeyd edək ki, münasibətlərini normallaşdırmaq üçün danışıqları davam etdirən İsrail və Səudiyyə Ərəbistan arasında razılaşma əldə edilə bilər. Belə olan təqdirdə bu uzlaşma ABŞ prezidenti Co Baydenin xarici siyasətdəki mühüm qələbəsi olacaq.
Səudiyyə Ərəbistanı eyni zamanda İsrailin regionda ciddi təhlükə kimi qəbul etdiyi İranla uzlaşma danışıqları aparır. Beləliklə Səudiyyə Ərəbistanı-İran danışıqları da səfirliklərin açılması və diplomatik münasibətlərin qurulması istiqamətində irəliləyir. Səudiyyə Ərəbistanının eyni anda hər iki masada oturmağı çalışması, regionda daimi sabitlik arzuladığı anlamına gəlir. Bu baxımdan Səudiyyə Ərəbistanının ABŞ-dan müdafiə sazişi və təhlükəsizlik sistemi əldə etməsi müqabilində İsraillə yaxınlaşmalı olması faktoru həlledici olacaq. Çünki ABŞ həm də Yaxın Şərqdə təhlükəsizlik öhdəliklərini yüngülləşdirmək istəyir. Digər tərəfdən İsrailin region ölkələri ilə sülh sazişləri bağlamağa can atmasının əsas səbəbi də budur. Lakin, Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin etmək vədi və onlara İsrailin əlində olan qabaqcıl texnologiyalara malik silahlara çıxışı təmin etmək öhdəliyi, kifayət qədər paradoksal olan siyasi addımdır.
Bütün bu siyasi gedişlər Yaxın Şərqdə dərin və mürəkkəb siyasi dinamikanın daha da mürəkkəbləşdiyini göstərir. Səudiyyə Ərəbistanının İsrail və İranla danışıqları regionda tarazlığı dəyişmək potensialına malikdir. Lakin bu cür razılaşmaların reallaşması təkcə diplomatik münasibətlərin qurulması ilə deyil, həm də regionda bütün tərəflərin maraqlarını tarazlaşdıracaq uzunmüddətli və davamlı həll yollarının tapılması ilə mümkün olacaq. Lakin bu prosesin uğurlu olması üçün bütün tərəflərin səylərinin bir araya gəlməsi və ortaq nöqtələr tapması lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB