“Ukrayna öz torpaqlarının müdafiəsi uğrunda mübarizə aparır” - SİYASİ ŞƏRHÇİ
“Rusiyanın Ukraynada apardığı işğal əməliyyatları barədə müəyyən mübahisələrə rast gəlinir. Bəziləri hesab edir ki, bu Rusiyanın müəyyən əraziləri ələ keçirməsi nöqteyi-nəzərdən qələbədir. Bəziləri isə Ukrayna xalqının nə bahasına olursa-olsun öz torpaqlarını müdafiə etdikləri üçün onları qalib hesab edir. Real vəziyyət isə ondan ibarətdir ki, Ukraynanın suverenliyi pozulub və müəyyən əraziləri Rusiya dövləti tərəfindən işğal olunub”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Rusiya qalib kimi görünsə də, hazırki dövrdə heç bir dövlətin suverenliyinin pozulması onun məğlubiyyəti kimi dəyərləndirilmir: “Çünki gec-tez həmin dövlətin pozulmuş suverenliyinin bərpasını praktikada tez-tez görürük.
Bu gün Rusiya formal olaraq qalib görünsə də, əslində qalib tərəf Ukraynadır. Çünki Ukrayna beynəlxalq hüquq prinsipləri ilə öz torpaqlarının müdafiəsi uğrunda mübarizə aparır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB