"Aİ-nin səsləndirdiyi təhlükəli fikirlərin hamısı sıradan çıxacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Artıq Avropa İttifaqı da reallığı dərk edir və məcburiyyət qarşısında qəbul edirlər. Amma Aİ-nin və ya Qərbin bir çox inkişaf etmiş ölkələrinin üçtirəlik siyasətini biz onsuzda başa düşürük". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat sözlərinə davam edərək bildirib ki, bizim üçün başqa alternativ yol yox idi: "Azərbaycan öz suveren, konstitutsion borcunu yerinə yetirərək torpaqlarını tam nəzarətə götürdü. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, biz orada yaşayan etnik ermənilərə dəstək olacaq, sosial problemlərini həll edəcəyik. Bundan artıq nə deyək?".

R.Quliyev qeyd edib ki, başqa yolları olmadığı üçün getdikcə beynəlxalq təşkilatlar və dövlətlər də reallıqla razılaşırlar: "İnanıram ki, 2-3 aydan sonra tam sakitlik yaranacaq. Avropa İttifaqı, eyni zamanda bəzi siyasətçilər tərəfindən səsləndirilən təhülkəli fikirlərin hamısı sıradan çıxacaq. Onların silahı yerə qoyacağını da düşünmürəm. Amma artıq dünya da bu problemdən bezdi və istəyir ki, sakitçilik olsun".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə