Taxıl Dəhlizi sazişi uzadılacaqmı? - RUSİYA CAVAB VERDİ

Martın 18-i Taxıl Dəhlizi Sazişinin müddəti başa çatacaq. SİA xəbər verir ki, Rusiya sazişin müddətinin 60 gün uzadılmasına razı olub. Cenevrədə BMT rəsmiləri ilə danışıqlardan sonra açıqlama verən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin daha əvvəl 120 gün uzadılan müqavilənin bu dəfə 60 günə qədər uzadılmasını təsdiq edəcəklərini bildirib.

Verşinin, müzakirənin əsas mövzusunun 2022-ci il iyulun 22-də İstanbulda Ukraynanın qida və gübrə xammalının bir-biri ilə əlaqəli 2 hissəsinin ixracına dair “Qara Dəniz Təşəbbüsü” ilə imzalanmış “paket” sazişlərinin həyata keçirilməsi olduğuna diqqət çəkib. Verşinin bir daha təsdiqlədi ki, Ukrayna məhsullarının kommersiya ixracının sabit tempinə baxmayaraq, Rusiyanın kənd təsərrüfatı ixracatçılarına qoyulan məhdudiyyətlər hələ də qüvvədədir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə