"Ukraynada gərginliyi Qərb yaratdı" -PUTİN

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukraynaya hücumlarını davam etdirəcəyini bildirib. SİA xəbər verir ki, Rusiya lideri Putin bu barədə xalqa müaricəti zamanı deyib. O bildirib ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil. Müraciət zamanı qeyd edib ki, Ukraynaya nə qədər çox uzaqmənzilli silahlar göndərilsə, təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdıracağıq.

Rusiyanın Ukraynaya işğalı ilə başlayan müharibənin birinci ilinə günlər qalmış Federal Məclis üzvlərinə xitabən Putin qeyd edib ki, Ukraynada gərginliyin artmasına görə tamamilə Qərb məsuliyyət daşıyır.

Putin bütün dünyada əhəmiyyətli dəyişikliklərin yaşandığı bir vaxtda Rusiya üçün çətin və çox vacib bir dövr yaşadıqlarını bildirib: “Biz özümüzü müdafiə edirik”.

Çıxışında Qərb ölkələrini Rusiyanı təhdid etməkdə günahlandıran Putin, "Müharibəni başlatanlar onlardır. Biz onu bitirmək üçün güc tətbiq edirik. Qərb Rusiyanı döyüş meydanında məğlub etməyin mümkün olmadığının fərqindədir və ona görə də hücum edir. Tarixi faktları yanlış şərh edərək, rus mədəniyyətinə, dininə və dəyərlərinə hücum edildi. Biz insanların həyatını, öz evimizi müdafiə edirik”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə