Azərbaycan müsəlman dünyasında əhəmiyyətli rola malikdir - ŞƏRH

Bildiyimiz kimi, yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında iqlim fəaliyyətində birliyə həsr olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsində dövlət başçıları, sənaye liderləri, investorlar, sahibkarlar və gənclər iştirak edir. Əbu-Dabi Dayanaqlılıq Həftəsinə Azərbaycan liderinin dəvət olunması və rəsmi açılış mərasimində çıxış etməsi isə təsadüfi deyil. Bu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən Azərbaycanın dünya artan nüfuzunun göstəricisidir. Həmçinin Azərbaycanın bərpa olunan enerji və ekoloji təmizliklə bağlı konseptual yanaşması və bu sahədə praktik nəticələrin əldə olunması qlobal iqlim təhlükəsizliyi məsələsinə də həssas yanaşmasının bir nümunəsidir.

Açılış mərasimində çıxış edən cənab Prezident Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrə, Azərbaycanın bərpa olunana enerji potensialına və bu potensialdan istifadəni əks etdirən layihələr haqqında məlumat verdi. Azərbaycan respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərindən biri də Birləşmiş Ərəb Əmirlikləridir. 1992-ci ildən başlayan əlaqələr 2004-cü ildən daha da inkişaf etməyə başladı. Iki ölkə arasında siyasi, iqtisadi, sosial və xüsusilə enerji sahəsində əlaqələr möhkəmlənməyə başladı. Azərbaycanla iqtisadi əlaqələri dərinləşən BƏƏ 2006-cı ildə Azərbaycanla Əmirliklər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin iqtisadi, ticarət və texniki əməkdaşlıqlar haqqında sazişlər imzalanıb. Bu illər ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 70 milyon dollar qədər yüksəlib. İnkişaf edən iqtisadi əlaqələr geniş investisiya fəaliyyəti üzrə yeni-yeni layihələrin həyata keçirilməsinə şərait yaradıb. 2021-ci ildə Əmirliyin Masdar şirkəti tərəfindən inşa ediləcək 230 meqavat gücündə Qaradağ günəş elektrik stansiyasının təməlqoyma mərasimi keçirildi. Layihənin həyata keçirilməsi ilə illik 500 milyon kilovat elektrik istehsal edəcək günəş elektrik stansiyası sayəsində 110 milyon kubmetr qaza qənaət ediləcək. həm də karbon emissiyasının atmosferə atılmasının qarşısını alacaqdır. Bildiyimiz kimi, Xəzərin nəhəng alternativ enerji potensialı, eləcə də Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilmiş və bu istiqamətdə əməli addımların atılmaqda davam edir. Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti ilə imzalanan digər sənədlər çərçivəsində Xəzər dənizin Azərbaycan akvatoriyasında külək enerjisindən istifadə də öz əksini tapıb. Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və yaşıl enerji sahəsində əməkdaşlığa dair imzalanmış anlaşma memarandumu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələri üzrə tətbiqi üzrə əməkdaşlığını nəzərdə tutur. BƏƏ Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı planları yalnız alternativ enerji mənbələri üzrə layihələri ilə yanaşı sənayenin müxtəlif sahələri üzrə layihələr də daxildir. Ağdam Sənaye Parkında qeydiyyatdan keçən rezidnetlərdən biri- ağır texnikalara xidmət üzrə ixtisaslaşmış şirkət BƏƏ təmsil edir. Həyata keçirilən layihələr göstərir ki, Azərbaycanla BƏƏ arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir.

Çıxışında ölkə prezidentimizin qeyd etdiyi məqamlardan biri də, Azərbaycanın bərpa olunana enerji potensialı haqqında oldu. 200 qiqavata yaxın bərpa olunan enerji potensialına malik olan Azərbaycan dünyanın diqqət mərkəzinə çevirib. Azərbaycan nəinki daxili təlabatı yaşıl enerji ilə ödəməyə hətta onu ixrac etməyə köklənib. 2022-ci ilin dekabrında Buxarestdə imzalanan saziş Azərbaycandan başlayaraq Avropaya uzanan yaşıl dəhlizin formalaşdırılmasını özündə ehtiva edir. Müqaviləyə əsasən Azərbaycan qazı Qara dənizdən yaşıl kabel vasitəsilə Avropaya çatdırılacaq. Bərpa olunana enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm actor kimi öz fəaliyyətini gücləndirir. Bu isə deməyə əsas verir ki, Azərbaycan yaşıl enerjinin müzakirə olunduğu Əbu-Dabi Dayanıqlılıq Həftəsində yeni statusla qatılıb.

Elçin Məmmədov

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə