Rusiya Ukraynada ilk böyük birtərəfli atəşkəs qüvvəyə minib. SİA xəbər verir ki, Rusiya lideri Vladimir Putinin "Milad- Yeni il"lə əlaqədar Ukrayna müharibəsi ilə bağlı verdiyi birtərəfli atəşkəs başlayıb. Rusiya dövlət televiziyası "vaxt itkisi" olaraq xarakterizə edilən və Ukraynanın etiraz etdiyi atəşkəsin başladığını açıqlayıb. Moskvanın hücumuna başladıqdan sonra Ukraynada ilk böyük atəşkəsdə rus qoşunları şənbə günü saat 24:00-a qədər hücumlar dayandıracaq.
Ukrayna prezidenti Vladimir Zelenski Putinin Milad bayramında 36 saatlıq atəşkəs əmrini Rusiyanın vaxt qazanmaq üçün etdiyini və Ukrayna ordusunun Donbasda irəliləməsinə mane olmaq üçün atdığı addım kimi qiymətləndirib.
Müəllif: Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB