"Nə Rusiya bunları edəsidir, nə də Ukrayna" - HƏRBİ EKSPERT AYDINLIQ GƏTİRDİ
"Rusiya və Ukrayna arasında gedən müharibə də vəziyyət düşündüyümüzdən çox mürəkkəbdir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emil Həsənli deyib.
Onun sözlərinə görə, Rusiya istəyir ki, işğal etdiyi torpaqlarda olan 2 muxtariyyəti Ukrayna tanısın. Əlavə də qeyri-qanuni döyüşlərdən Ukrayna birdəfəlik müharibəni dayandırsın. Rusiyanın ən böyük hədəfi Ukraynanın NATO-ya birdəfəlik üzvlük prossesindən imtina etməsidir. Ukrayna isə həm Qərbin, həm də NATO-nun dəstəyini almağa hələ də davam edir. Kiyev Rusiyanın Krım da daxil olmaqla bütün işğal olunmuş ərazilərdən çıxıb getməsini, bundan əlavə olaraq Rusiyanın Ukraynaya təzminat verməsini istəyir. Bunların heç biri də hələ ki mümkün olan məsələ deyil. Nə Rusiya bunları edəsidir, nə də Ukrayna. Rusiya hakimiyyəti Ukraynanın istədiklərini edə bilməz. Ya Rusiyada hakimiyyət dəyişməlidir ki, Rusiya geri addım atsın və bütün şərtləri qəbul etsin. Ona görə də nə qədər ki, bu hakimiyyətlər yerindədir, Qərbdə Ukraynanı dəstəkləyir, müasir silahlarla onlara yardım edir, müharibə mənim fikrimcə uzun illər davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB