"2023-cü ilin ortalarına qədər müharibənin davam edəcəyi gözlənilir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Biz bilirik ki, müharibəni Rusiya 3 gün 96 saata planlaşdırmışdı. Amma artıq görürük ki, müharibə bir ilə yaxındır ki, davam edir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.

Onun sözlərinə görə, bu müharibə artıq 100 günü keçibsə, artıq vəziyyət onu göstərir ki, planların və proqnozların hamısı təbii ki, bir adamın üzərində cəmlənir. Rusiyan prezidenti Vladimir Putin bir az ağılın məntiqi ilə çözülən ölkə başçısı deyil ki, onun siyasi münasibətlər fonunda bu müharibəni proqnozlaşdırmaq olsun. Necə ki, nəzərdə tutulan 3 günlük müharibə artıq 1 ilə yaxındır davam edir, eyni qaydada müharibə 2023-cü ildə də çox gərgin olacaq. Gərgin niyə olacaq? Bunun ən başlıca səbəbi Ukrayna tərəfi 2014-cü ildən işğal olunmuş bütün əraziləri, Krım bölgəsini də bura aid etsək, işğaldan azad etmək istəyir. Rusiya isə tam əksinə, biz görürük ki, əks-hücum əməliyyatlarını həyata keçirirlər. Bu istiqamətdə yeni əraziləri nəzarətə götürmək istəyir. Belə güc nisbətinə baxdıqda, müharibələrin sonucunu kimin gücünün daha erkən bitəcəyi həll edir.

Ukrayna silahlı qüvvələrinə verilən dəstək fonunda, xüsusən də NATO-ya daxil olan ölkələrin dəstəyinə görə Ukraynanın bir az güclənəcəyi gözlənilir. Yəni uzun gedişli müharibələr bir çox ölkələrin gücüdür, tək Rusiya və ya Belarusiyanın gücünü buraya daxil etmək olmaz. Təbii ki, Rusiyanın müharibəni qazanmaq şansı çox azdır. Amma ən yaxşı halda müharibənin uzanması ən azından mart-aprel aylarında havadan asılı olaraq, yalnız Krım üzərindən gedəcək o bölgənin azad olunması üzərindən gedən döyüşlər olacaq. Amma 2023-cü ilin ortalarına qədər müharibənin davam edəcəyi gözlənilir".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə